Azərbaycanda 403 503 hektar sahədə biçin yekunlaşdırılıb.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, artıq payızlıq əkin sahələrinin 40 %-də biçin başa çatıb.
Bildirilib ki, sahələrdən 878 173 ton arpa, 366 723 ton buğda yığılıb. Arpa sahələrinin 69,5 %-də, buğda sahələrinin isə 18,4 %-də biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.
Qeyd edək ki, ölkənin 40-a yaxın rayonunda intensiv biçin prosesi gedir. Bu rayonlardan Ağsu, Biləsuvar, Neftçala, Sabirabad, Samux, Salyan, Ucar, Kürdəmir rayonlarında biçin səviyyəsi 70 %-i keçib, Naftalanda isə biçin başa çatıb.
Məlumata görə, biçin prosesi davam edir.