"Səbail" növbəti mövsümün hazırlıqlarına bu həftə başlayacaq.
Fanat.Az xəbər verir ki, komandanın hazırlıq planı artıq dəqiqləşib.
"Dənizçilər" iyunun 26-da bir araya gələcək. Komanda bir həftə Bakıda hazırlıq keçdikdən sonra ölkəni tərk edəcək. Belə ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda iyulun 5-dən 18-nə kimi isə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olacaq.
Ölkə xaricindəki toplanış çərçivəsində bir neçə yoxlama görüşü planlaşdırılıb. Konkret, iyulun 11-də “Ərzurumspor”, 13-də isə “Hatayspor” komandaları ilə oyunlar nəzərdə tutulub.