RU

Azərbaycan Yunanıstana qaz ixracını artırıb

2024-cü ilin yanvar-aprelində Azərbaycan Yunanıstana 315 milyon 162,58 min kubmetr və ya $132 milyon 708,89 min dəyərində  qaz ixrac edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 32,3%  artıb. 


Ümumilikdə, 2024-cü ilin ilk dörd ayında Azərbaycan 2 milyard 758 milyon 782,82 min dollar dəyərində (azalma 49,1%) 7 milyard 706 milyon 860,61 min kubmetr qaz (artım 18,3%) ixrac edib.  Azərbaycan qazının bütün ixracının 4,1%-i Yunanıstanın payına düşüb.


2023-cü ildə Azərbaycan Yunanıstana 900 milyon 286,15 min dollar (azalma 21,2%) dəyərində  1 milyard 117 milyon 467,2 min kubmetr (artım 43,4%) ixrac edib.


Azərbaycan qazının Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürmə qabiliyyəti 12 milyard kubmetri ötüb, 2027-ci ilin sonuna qədər isə 20 milyard kubmetrə çatdırılacaq.
 
N.Təbrizli

www.anews.az
Избранный
247
28
anews.az

10Источники