RU

Polşa Fransa və Almaniya ilə birgə təlimlər keçirəcək

“Veymar üçbucağı”nda iştirak edən ölkələrin (Fransa, Almaniya, Polşa) ordu təlimləri 2025-ci ildə Polşada keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Parisdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Veymar" üçbucağı ölkələrinin birgə hərbi təlimləri gələn il Polşa Respublikası ərazisində keçiriləcək.

Qeyd edək ki, "Veymar" üçbucağı Almaniya, Fransa və Polşa arasında 1991-ci ilin avqustunda yaradılmış üçtərəfli formatdır.

 

Gözəl Həşimova

Избранный
171
iqtisadiyyat.az

1Источники