Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiya paketi çərçivəsində 19 Çin və 9 Türkiyə şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Azpost.info bildirir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qara siyahıya Çindən 19, Türkiyədən 9, Hindistandan 1 şirkət, Qazaxıstandan isə daha 1 şirkət daxil edilib.