RU

Deputat od püskürdü:“Polisi öldürən qatil sağ ələ keçirilməməlidir”

Xəbər verdiyimiz kimi bu gün Bakının Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və nəticədə 3 polis işçisi faciəli şəkildə həyatını itirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin üzvü Aqil Abbas bildirdi ki, xəbəri eşidəndə çox sarsıldı:

“Bu adamlar müharibədə olub, cinayət əməllərinin üstünü açıb. Birdən bir üç polis işçimizi adi adamın güllələməsi çox pis hadisədir. Onların yerində mənim və ya başqasının da oğlu ola bilərdi. Ona görə də bu mənə çox pis təsir edir”.

Deputat həmçinin bu cür halların qarşısının alınması ilə bağlı öz təklifini də səsləndirib:

“mənim bir təklifim də var, həmişə yazmışam və demişəm: polis işçisini öldürən cinayətkar sağ ələ keçirilməməlidir. Hətta Amerikada bu cür yazılmamış qanunlar var, ortada polis ölümü varsa, cinayətkarı sağ ələ keçirmək düzgün deyil. Onların acısını çəkən ailə üzvləri, yaxınları və kollektivinə baş sağlığı verirəm, Allah rəhmət etsin”.

Yusif SƏMƏDZADƏ

Избранный
116
1
redaktor.az

2Источники