“Neftçi”dən ayrılan Reziuan Mirzovun yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını yenidən ölkəsi Rusiyada davam etdirəcək. Hücumameyilli futbolçu sabiq komandası “Ximki”yə qayıdıb.
Bu mövsümdən Premyer Liqaya qayıdan ximkililər rəsmi sayt vasitəsilə Mirzovun keçidini açıqlayıblar. O, köhnə-yeni komandası ilə azad agent kimi anlaşıb. Vinger 2023-24 mövsümünü “Neftçi”də keçirdikdən sonra bu yay klubdan ayrılıb.
Qeyd edək ki, Reziuan Mirzov daha əvvəl 2020-2023-cü illərdə “Ximki”də oynayıb.