Qazaxda yabanı halda bitən 3 ton çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq DSX əməkaşdaşları ilə birgə keçirdikləri tədbirlərlə rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən 3 ton 6300 ədəd çətən bitkisi toplanılaraq məhv edilib.