Bakı, 25 iyun, AZƏRTAC
Türkiyənin İstanbul Gedik Universitetinin prorektoru Halil İbrahim Uğraşın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, kampusu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib.
Görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.