RU

Aİ Yaponiya və Cənubi Koreya ilə müdafiə ittifaqı yaradır

Avropa İttifaqı Yaponiya və Cənubi Koreya ilə təhlükəsizlik sahəsində olduğu kimi, həm hərbi sənaye sahəsində, həm də müdafiə sahəsində əməkdaşlıq qurmaqda maraqlıdır. Bu barədə “Reuters” yazır.

Əməkdaşlığın məqsədi müdafiə təyinatlı məmulatların birgə hazırlanması və istehsalı olacaq. Bu Aİ-nin Asiya ölkələri ilə əməkdaşlığını ehtiva edən ilk belə layihə olacaq. Aİ 2024-cü ilin sonuna qədər Yaponiya ilə müvafiq saziş bağlamağı planlaşdırır.

Yaponiya indiyədək əsasən ABŞ ilə müdafiə ittifaqını dəstəkləyib, lakin bu yaxınlarda Fransa və İtaliya ilə döyüş təyyarələrinin inkişafı haqqında saziş imzalayıb.

Tokio hesab edir ki, Şərqi Asiyada hazırkı vəziyyət İkinci Dünya Müharibəsindən sonra ən çətin vəziyyətdir.

Ülviyyə, Hurriyyet.az

Избранный
157
hurriyyet.az

1Источники