Ölkədə 1 nömrəli bərbad, insanı əsəb xəstəsi edən bank varsa o da “Unibank”dır.
Tribunainfo.az xəbər verir ki, bu sözüləri jurnalist Məhəmməd Türkmən social şəbəkə hesabında yazıb. O bildirib ki, günlərdir mobil app vasitəsilə pul göndərə bilmir. Problemi ilə bağlı azı 10 dəfə müraciət etsə də, həllini tapmayıb:
““Unibank”ın hər dəfə beynini evdə qoyub işə gələn operatorları fərqli bəhanə gətirir, müddəti uzadırlar.
– Qarşı tərəfdə problem var, pul qəbul edə bilmir
– Soyadınızla bağlı problem var
– Qeydiyyat ünvanı ilə bağlı problem var
– Western Union ilə bağlı problem var
– Texniki problem var
– Email göndərin, baxaq
– Sizə az sonra zəng edəcəyik (etmədi) və s
– Təcili qeyd etdik (5 gün keçib), baxılacaq
Xidmətiniz zibildir, o bir həftədir problemi həll edə bilməyən şöbəniz də zibildi!”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar