RU

Azərbaycan Qərbin hədəfinə çevrilə bilərmi? - Ərəb Ekspertin Şərhində

Son illər Azərbaycan-Rusiya münasibətlərində tamam başqa mərhələ başlayıb. Bu tendensiya hər il artan istiqamətdə davam edir. İki ölkə arasında münasibətlər ildən-ilə daha da yaxşılaşır. Rusiya 44 günlük Vətən müharibəsində Azərbaycanla bağlı təmkinli davrandı. Bu ölkə ilə bağlı on illərdir formalaşmış stereotip 2020-ci ildən üzü bəri tamamilə dəyişib. Ən əsas, İkinci Qarabağ Müharibəsi zamanı Moskva ənənəvi davranış sərgiləmədi. Azərbaycana torpaqlarını işğaldan azad etməyə mane olmadı.

Bəs Rusiya ilə dostluq əlaqələrinin genişlənməsi Azərbaycanı Qərbin hədəfinə çevirə, Bakının balans siyasətinə təhlükə yarada bilərmi?

Məsələ ilə bağlı Rusiya məsələləri üzrə ekspert, Ərəb Siyasi və Strateji Araşdırmalar Mərkəzinin direktoru, Dr. Məhəmməd Sadiq İsmayıl Ednews-a özəl açıqlama verib:

O, hesab edir ki, Azərbaycanın çoxşaxəli strateji tərəfdaşlığa əsaslanan xarici siyasəti var və buna görə də Azərbaycanın Qərbin hədəfinə çevrilməsinə səbəb görmürəm.

Bunun səbəbini açıqlayan ekspert bildirib ki, Rusiyanın Azərbaycan kimi bir çox ölkələrlə münasibətləri var. Ona görə də Azərbaycanı Qərbin düşməni kimi qələmə vermək olmaz. 

“Azərbaycan həmçinin Rusiya, Avropa ölkələri və Qərblə münasibətlərini yaxşı saxlayır. Azərbaycan Qərblə necə mülayim siyasət aparamağı çox gözəl bilir. Digər tərəfdən Azərbaycan dünyanın bir çox ölkələri ilə də iqtisadi əlaqələri var. Bu da  Azərbaycanın xarici siyasətini daha da dərinləşdirir, digər tərəfdən də digər ölkələr bu münasibətə müttəfiqlik yaratmağa imkan verir”.

Loğman Yunis

Избранный
98
ednews.net

1Источники