Şuşada “By youth for youth” (“Gənclikdən gəncliyə”) adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşəbbüs xalqlar arasında sülhə töhfə verir.
“Far.Az”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu ICESCO-nun Baş katibi Səlim Əl-Malik deyib.
O, bu təşəbbüsə görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan xalqına təşəkkür edib.
Baş katib bildirib ki, sülhün bərqərar olmasında gənclərin mühüm rolu var: "Həmçinin, İSESCO-nun əmək qüvvəsinin 42 faizini gənclər təşkil edir. Biz bu rəqəmi 50 faizə çatdırmaq istəyirik”.
Səlim Əl-Malikin fikrincə, bu forum ümid çırağıdır: “İnanırıq ki, bu təşəbbüs davamlı olacaq”.
Onun sözlərinə görə, ICESCO ilə Azərbaycan arasında əməkdaşlıq güclənir və bundan sonra da güclənəcək: “Biz COP29 sammitində də iştirak etmək istəyirik”.