RU

Fici Hava Yolları Sakit Okean regionunun ən yaxşı aviaşirkəti seçilib

Fici

Bakı, 25 iyun, AZƏRTAC

Fici Hava Yolları Londonda keçirilən “Skytrax 2024 World Airline Awards” mükafatlandırma mərasimində ardıcıl ikinci dəfə Avstraliya və Sakit Okean regionunda ən yaxşı aviaşirkət statusunu qazanıb.

AZƏRTAC xəbər verir ki, Fici Hava yolarının ən yaxşı 100 aviaşirkət arasında qlobal reytinqi 2023-cü ildəki 15-ci yerdən 2024-cü ildə 14-cü yerə yüksəlib.

Qeyd edək ki, müsabiqənin qalibi dünyanın hər yerindən gələn səyahətçilərin məmnuniyyət sorğusu əsasında müəyyənləşib. Yekun nəticələrdə 350 aviaşirkət iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
azertag.az

1Источники