Kanada hökuməti Tehran rejiminin bu ölkədə yaşayan iranlılar arasında 14-cü prezident seçkilərinin keçirilməsi üçün səsvermə məntəqələrinin yaradılmasına icazə verməyib.
Bu barədə İranın Seçki Qərargahının sözçüsü Möhsün İslami məlumat yayıb.
O, Kanadanın əksinə olaraq, ABŞ-in seçki keçirilməsinə icazə verdiyini deyib.
Qeyd edək ki, Kanada bundan əvvəl 2021-ci ildə də İranda keçirilən 13-cü dövr prezident seçkiləri zamanı bu ölkədə yaşayan iranlılar üçün səsvermə məntəqələrinin qurulmasına icazə verməmişdi.
visiontv.az