“Everton” rəhbərliyi komandanın təcrübəli futbolçusu Eşli Yanqla yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ilə 2025-ci ilin iyununa qədər nəzərdə tutulan sözləşmə imzalanıb. Yanq ötən yaydan “Everton”un formasını geyinir. O, geridə qalan müddətdə 34 oyunda 1 qol vurub. Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü karyerası ərzində “Aston Villa”, “Mançester Yunayted”, “İnter” və “Uotford” klublarının da uğurları üçün çalışıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта