RU

"Microsoft" "Windows 11" istifadəçilərini faylları buludlara köçürməyə məcbur edir

"Microsoft" şirkəti "Windows 11" istifadəçiləri üçün "OneDrive" bulud yaddaşı parametrlərində dəyişikliklər edib.

Valyuta.az xəbər verir ki, internetə qoşulmuş və "Microsoft" hesabı olan yeni "Windows PC" qurduğunuzda, "OneDrive" avtomatik olaraq Şəkillər, İş masası, Sənədlər, Musiqi və Videolar qovluqlarınızdan məlumatları sinxronlaşdırmağa başlayacaq. Bu, istifadəçilərə "Windows" quraşdırılması tamamlandıqdan sonra məlumatlarla dolu qovluqlarını tapmağa imkan verir.

Avtomatik ehtiyat nüsxələri qəsdən aktivləşdirildikdə faydalı xüsusiyyət ola bilər. Bununla belə, "Reddit" forumunun istifadəçiləri "Microsoft"un bu funksiyanı onların razılığı və bildirişi olmadan aktivləşdirdiyinə görə çaşıblar.

Yedəkləməni söndürmək üçün gizli nişanlar çubuğundakı "OneDrive" ikonasına sağ klikləməlisiniz, Parametrlər - Sinxronizasiya və Yedəkləmə bölməsinə keçin və sonra lazımsız qovluqların kopyalanmasını söndürə biləcəyiniz Yedəkləməni idarə et bölməsini açın. Siz həmçinin "OneDrive" proqramını İdarəetmə Panelindəki Proqramları Əlavə et və ya Sil bölməsindən sadəcə silə bilərsiniz.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
120
1
valyuta.az

2Источники