RU

“Maliyyə hesabatlarının yoxlanılmasının son mərhələsidi” - AFFA aydınlıq gətirdi

Bilindiyi kimi, iyunun 15-də 1-ci liqada iştirak edə bilmək uğrunda keçirilən pley-off matçında “Cəbrayıl” “Araz Saatlı”nı məğlub etdi və rəqiblə “yer dəyişdi”.

Bu oyun həm də 2023/24 “futbol ili”nin sona çatması baxımından əlamətdar oldu. Bununla klubların qısamüddətli istirahət dönəminin başladığını düşünə bilərdik. Lakin belə deyil. Çünki həm premyer-liqa, həm də 1-ci və 2-ci liqa təmsilçiləri üçün mövsüm bitsə də, problemlər başa çatmayıb. Siyahını uzatsaq, çatışmazlıq çoxdu, lakin ən aktual məsələdən söz açaq. Belə ki, sözügedən klublar AFFA-dan alacağı maliyyə dəstəyinə hələ də qovuşmayıb. Komandalar apreləaid paketin yarısını əldə etsə də, may da daxil olmaqla ayyarımlıq ödənişlər “tıxaca düşüb”. İddialara görə, klub rəsmiləri bu məsələ üzündən təlaş keçirir. Hətta problem Klublar Komitəsinin son iclasında AFFA mənsublarının diqqətinə çatdırılıb. Federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyevin cavabı isə belə olub:
“bu, bizdən asılı məsələ deyil”.


Əlbəttə, dövlətin ayırdığı maliyyənin tez-tez gecikdirilməsi narazılığın baş qaldırmasıyla nəticələnir. Bəs buna səbəb nədi? Məlum dotasiya nə vaxt ödəniləcək? Bu suallarla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. Qurum rəsmisi qəzetimizə açıqlamasında problemin tezliklə aradan qaldırılacağını bildirdi:
“Klubların gecikmə ilə bağlı narahatlığını anlayışla qarşılayırıq. AFFA olaraq, biz də başa düşürük ki, yeni mövsümə hazırlaşmaq, heyəti komplektləşdirmək üçün maliyyə böyük rol oynayır. Artıq 2023/24 mövsümü başa çatıb və bildiyiniz kimi, hər mövsümün sonunda maliyyə hesabatları təqdim olunur. Həmin maliyyə hesabatlarının yoxlanılmasının son mərhələsidi. Yaxın günlərdə klublar üçün nəzərdə tutulan müvafiq vəsait onların hesabına köçürüləcək”.


KƏNAN BAHADIR
Избранный
68
football-plus.az

1Источники