Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin səhər saatlarından başlayaraq güclənəcəyi gözlənilir. Gecə 21-26°, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər şimal və qərb rayonlarından başlayaraq arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclü olacaq. Havanın temperaturu gecə 20-25°, gündüz 26-31°, dağlarda gecə 8-13°, gündüz 13-16° isti olacaq.
Q. QASIMOV
XQ