Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda keçirilən Fransa - Polşa matçının (1:1) ən yaxşı futbolçusunun adı açıqlanıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Polşa millisinin üzvü Lukaş Skorupski olub.
33 yaşlı qapıçı bu oyunda 7 dəfə komandasını qoldan xilas edib.
Qeyd edək ki, Polşa millisi Avro-2024-də D qrupunun sonuncusu olub.