RU

Masallıdakı istirahət mərkəzində ölüm – Suya tullananda başı daşa dəydi

Cəlilabad rayon sakini Masallıda ölüb.

SAVASH.ORG apa-ya istinadən bildirir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
120
11
savash.org

10Источники