RU

Meymunçiçəyi virusu sürətlə yayılır - ÜST həyəcan təbili çaldı

2024-cü ilin əvvəlindən dünyada 3,1 mindən çox meymunçiçəyi xəstəliyinə (mpox) yoluxma halı qeydə alınıb. 2022-ci ilin əvvəlindən bu günə qədər bu xəstəliyə yoluxanların ümumi sayı 97 mini keçib

"Ölkə.az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

ÜST-nin meymunçiçəyi bölməsinin rəhbəri Rosamund Lyuis Cenevrədə keçirilən brifinqdə deyib: “Bu gün mpox ictimai sağlamlıq üçün təhlükə olaraq qalır. İlin əvvəlindən bəri dünyada 3100-dən çox laboratoriya tərəfindən təsdiqlənmiş hal qeydə alınıb”.

O qeyd edib ki, may ayı ərzində ÜST 26 ölkədən 600-ə yaxın təsdiqlənmiş hal haqqında məlumat alıb. Xüsusilə Afrikada yoluxma hallarının sayı artır.

ÜST-nin məlumatına görə, 2022-ci il yanvarın 1-dən 2024-cü il aprelin 30-dək dünyanın 117 ölkəsində 97 208 mpox yoluxma halı, o cümlədən 186 ölüm halı qeydə alınıb. Bu ilin aprelin 30-a olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-da (32 820) qeydə alınıb. Sonrakı onluqda Braziliya (11 212), İspaniya (7 992), Kolumbiya (4 226), Fransa (4 218), Meksika (4 097), Böyük Britaniya (3 928), Almaniya (3 841), Peru (3 812) və Çin (3 812) qərarlaşıb. Ümumilikdə halların 80,8%-i bu ölkələrin payına düşür.

Mpox əsasən, Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində tropik meşələrin yaxınlığında baş verən nadir viral xəstəlikdir. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi halı 1970-ci qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür. Tipik olaraq, mpox epidemiyaları üçün ölüm halları 1% ilə 10% arasındadır. Bununla belə, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Избранный
78
7
olke.az

10Источники