Azərbaycan prezidenti İlham Əliyev Natiq Qasımova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığının yerinə yetirilməsində göstərdiyi şəxsi cəsarətinə görə bu ada layiq görülüb.
Natiq Qasımov Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub.
1992-ci ildə düşmənlə qeyri-bərabər savaşda Qasımovun tərkibində döyüşdüyü dəstənin üzvləri həlak olublar. Pirlər (Xramort) kənd kilsəsinə sığınan Qasımov 5 gün savaşı davam etdirib.
Ermənilər əsir götürdükləri Xocalı sakinlərini güllələməklə hədələdikdən sonra təslim olub. Natiq Qasımov əsirlikdə işgəncələrə məruz qalıb.