RU

Azərbaycan ordusu tarixi missiyasını ləyaqətlə yerinə yetirib - Deputat

Bakı. Trend:

26 iyun tarixində Milli Ordumuzun yaradılmasının 106 ili tamamolur. Bu gün Azərbaycan Ordusu öz sözünü demiş, dünyanın ən güclüorduları sırasında yer alır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, artıq dörd ildir ki, 26 iyun - SilahlıQüvvələr Gününü digər bayramlar kimi tam fərqli əhval-ruhiyyədə,qalib xalq, qalib dövlət kimi, işğala son qoyularaq ərazibütövlüyümüzün təmin olunmasınından fərəh hissi keçirərək qeydedirik:

“Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasındaordu müstəsna rol oynayır. Azərbaycan Ordusu bu vəzifəsininöhdəsindən ən yüksək səviyyədə gəlir, dövlətçiliyimizin,müstəqilliyimizin keşiyində daim qürurla və rəşadətlə dayanır".

O qeyd edib ki, müstəqillik illərində Azərbaycan Ordusu böyükinkişaf yolu keçib və dünyanın ən güclü orduları sırasına daxilolmağı bacarıb.

“Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdansonra xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz orduquruculuğu oldu. Müstəqilliyin ilk illərində bütün sahələrdə olduğukimi ordumuzda da xaos höküm sürürdü, ordumuz ayrı-ayrı başıpozuqsilahlı dəstələr qismində müəyyən qrupların və siyasi dairələrinşəxsi maraqlarına xidmət edirdi. Torpaqlarımızın keşində dayanmalı,erməni təcavüzünün qarşısını almalı olan ordumuz pərən-pərənsalınmış, ayrı-ayrı şəxslərin qanunsuz idarəçliyi altında idi,torpalqrımızın müdafiəsi isə ayrı-ayrı özünümüdafiə batalyonlarınınümidinə qalmışdı.

Yalnız Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonraordu sahəsində xaosa, pərakəndəliyə, qanunsuz idarəçiliyə sonqoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimihərbi sahədə də dirçəlişə nail ola bildi. Ümummilli lider yerliözünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərənsilahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemindətəşkil olunan nizami ordu yaratdı.

Ulu öndər ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdivə genişmiqyaslı islahatlara start verdi. Qısa müddət ərzindəqarşıya qoyulan məqsədlərə nail olundu, şəxsi heyətinmənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqətartırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ali BaşKomandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdəgörüşməsi onlara böyük ruh yüksəkliyi verdi”, - deyə A.Həsənovavurğulayıb.

Deputat qeyd edib ki, müstəqil Azərbaycanda ordu quruculuğuprosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yenimərhələyə qədəm qoydu.

“Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişafetdirən Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilərinpeşəkarlığının artırılmasına, şəxsi heyətin döyüş ruhunun vəmənəvi-psixoloji hazırlığının yüksəldilməsinə, ordumuzun ən müasirsilah və texnika ilə təchizatı və şəxsi heyətin müasir silahlardanpeşəkarlıqla istifadə vərdişlərinin formalaşdırılmasına böyükdiqqət ayırdı. Görülən bu məqsədyönlü tədbirlər nəticəsindəAzərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətliordusuna çevrildi”, - deyə A.Həsənova qeyd edib.

Deputat vurğulayıb ki, rəşadətli Azərbaycan ordusu xalq, dövlətqarşısında tarixi missiyasını ləyaqətlə yerinə yetirərək 44 günlükVətən müharibəsində böyük qəhrəmanlıq və rəşadət göstərdi,xalqımıza, dövlətimizə qarşı erməni vandallarının həyata keçirdiyi200 illik işğalçılıq, soyqırım siyasətinə son qoydu.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındaŞanlı Azərbaycan Ordusu 44 günlük müharibədə dünya hərb taixindəyeni bir səhifə yazdı, müzəffər ordumuz erməni təxribatlarına cavabolaraq əks-hücum əməliyyatlarına başlamaqla xalqımıza böyük qələbəsevinci yaşatdı. Bu müharibədə Azərbaycan ordusu əsl qəhrəmanlıqgöstərdi. Şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraqxalqımızın 30 illik Vətən, torpaq həsrətinə son qoydu,torpaqlarımız düşmən tapdağından azad etdi. Bu qələbə təkcətorpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, xalqımızınmənəvi qələbəsi, özünəinam və qələbə əzmininin özünə qaytarılmasıilə nəticələndi”, - deyə deputat əlavə edib.

Избранный
221
az.trend.az

1Источники