RU

Bu gün Azərbaycan tarixinin ən önəmli günlərindən biridir - Rasim Həsənov

Bakı. Trend:

Bu gün Azərbaycan tarixinin və dövlətçiliyinin ən önəmligünlərindən biridir.

Bunu Trend-əaçıqlamasında professor Rasim Həsənov deyib.

O bildirib ki, 1918-ci ildə yaradılan Azərbaycan XalqCümhuriyyətinin ən böyük addımlarından biri Milli Ordumuzunyaradılması idi.

"Bugünkü Azərbaycan Ordusu həmin ordunun hüquqi varisidir. Bizbu gün ordumuz haqqında şərəflə danışa bilərik. Çünki ordumuz 30ilə yaxın müddətdə işğalda olan torpaqlarımızı azad etdi və ərazibütövlüyümüzü, milli qürurumuzu bərpa etdi.

Ordumuz yaranandan bu günə qədər torpaqlarımız uğrunda çoxşəhidlər verib. Xalqımız şəhidlərimizi unutmamalıdır. Ordu günümilli kimliklə, qürurla, dövlətçiliklə, suverenliklə birbaşabağlıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrininyaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da AzərbaycanXalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbihissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndəqeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiəetmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizamiorduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəlisürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu,ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki MuzeyMərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli OrduQafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzalarıerməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildəAzərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğvolundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindəngüllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra AzərbaycanOrdusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər HeydərƏliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyunSilahlı Qüvvələr Günü elan olundu.

Избранный
178
50
az.trend.az

10Источники