RU

Məşhur ilahiyyatçının biabırçı GÖRÜNTÜLƏRİ

İyunun 22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində ilahiyyatçı Salman Kamiloğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı zərərçəkmişin dayısı danışıb. 

Ağsuda yaşayan, Masazıra dayısıgilə qonaq gedən azyaşlını yolun kənarında oynayarkən görən ilahiyyatçı onu yanına çağırıb və əxlaqsız hərəkətlər etməyə başlayıb.

Qohumunun onlara tərəf gəldiyini görən ilahiyyatçı ərazidən uzaqlaşıb:

“Dükanın yanında gördüm ki, bankomatdan pul çıxarır. Yaxınlaşdım ona, həmin şəxs olub-olmadığını təsdiqləmək üçün mənimlə gəlməyini xahiş etdim. Gəldik, yoldaşım da, uşaq da həmin adam olduğunu təsdiqlədilər. Bu şəxs isə boynuna almadı, din adamı olduğunu dedi. Abşeron Rayon Polis İdarəsinə zəng etdim. Polislər gəlib götürdülər. Orada isə hər şeyi boynuna aldı”.

 

Избранный
111
40
redaktor.az

10Источники