Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, Aydın Əzimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şübhəli şəxsin Qaracəmirli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.