Ana müxalifətlə hakim partiya arasında siyasi ittifaq ola bilməz.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, bütün səmimiyyətimizə baxmayaraq, ana müxalifətin bizim səylərimizə necə reaksiya verdiyini görürsünüz:
“Konstruktiv davranmağa çalışarkən CHP liderinin siyasəti necə gərginliyə sürükləməyə çalışdığını türk milləti izləyir. 22 ildir ki, bu yolu gah tək, gah da səmimi dostlarımızla gedirik. CHP-dən heç bir yaxşılıq görmədik. Hakim partiya olaraq heç nə itirmirik. Bu gün biz siyasi mənfəət güdmürük. CHP-nin gərginlik siyasətindən əl çəkməsini istəyirik. Qoy demokratiyamız da bundan faydalansın. Bu o demək deyil ki, Cümhur İttifaqına qarşı ədalətsizliyi qəbul edəcəyik. Ləyaqətli olmağımız o demək deyil ki, edilən əsəbsizliklərə göz yumacağıq. Ölkəmiz və millətimiz adına eyni hissləri paylaşdığımız MHP ilə çiyin-çiyinə yola davam edəcəyik”, - Ərdoğan bildirib.