Moskva Yerevana indi də iqtisadi xəbərdarlıq edir.
“Ermənistan əgər Avropa İttifaqına üzv olmaq qərarı qəbul etsə, Rusiya bazarına rüsumdan azad girişini və Moskva tərəfindən verilən digər imtiyazları itirəcək”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 25-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Overçuk bu xəbərdarlığı Moskvada keçirilən beynəlxalq ekspert forumunda edib.
Bundan bir neçə gün əvvəl Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü məsələsini yenidən gündəmə gətirmişdi.
Ermənistanın hökumətyönlü hüquqşünaslarından Arman Yeqoyan iyunun 21-də demişdi ki, baş nazir Nikol Paşinyan və onun siyasi komandası Aİ-yə üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Mövzu ilə bağlı Referans.az" target="_blank">Referans.az-a politoloq Cümşüd Nuriyev danışıb. O bildirib ki, Ermənistan iqtisadiyyatı təmamilə Rusiyadan asılı iqtisadiyyatdır:
“Ermənistanın dövriyyəsinə baxsaq, 50 faizdən çox Rusiyadan idxal və ixrac olunan mallardır. Bu o deməkdir ki, Ermənistanın iqtisadiyyatı belə olan halda təmamilə çökəcək. Digər tərəfdən, əgər bu baş versə, yəni Ermənistan Avropa İttifaqına üzv olsa, ikinci Ukrayna dövləti olacaq”.
Politoloq bildirir ki, Rusiyada təxminən 2 milyondan çox erməni yaşayır. Belə hadisədən sonra onların bəzilərinin üzü dönəcək, üzləri dönməyənləri isə Rusiya Ermənistana sürgün edəcək:
“Beləliklə, Ermənistanda vəziyyət qarışacaq. Həmçinin, Ermənistanda hakimiyyət böhranı olduğuna görə bu hadisələr böhranın dərinləşməsinə gətirəcək. Paşinyan hakimiyyətdə qala bilməyəcək və hakimiyətə millətçilər gələcək. Onlar Qarabağ adı ilə yenidən Azərbaycana hücum eləməyə cəhd edəcəklər. İllər öncə Rusiyanın Ermənistana qeyri- qanuni verdiyi torpaqlarımız geri istəniləcək. Bu birmənalıdır. Ermənistanla İranın əlaqəsi tam kəsiləcək”.
Ekspert proqnoz edir ki, Azərbaycan siyasi gedişatda bu addımı atmaq məcburiyyətində qalaraq, Zəngəzur, Dərələyəz və Göyçəni bütünlüklə geri alacaq:
“Bununçün Rusiya bizə maneçilik törətməyəcək və buna ixtiyarı da yoxdur. Azərbaycan məcbur olacaq ki, 20- ci ilin xəritəsi ilə bunu həyata keçirsin və ordumuz 13,4 min kv km torpağı geri qaytaracaq”.
Cümşüd Nuriyev deyir ki, Rusiyanın məqsədi Ermənistanı yer üzündən dövlət kimi silməkdir:
“Overçuk Rusiyanın təhlükəsizlik orqanlarının generalıdır. O öz dili ilə danışmır, dövlətin adı ilə danışır. O vaxti ilə Ukrayna barəsində bu cürə sözləri deyəndə Ukrayna bu fikirləri qəribçiliyə saldı. Rusiyanın Ermənistana hücum eləməyinə ehtiyac yoxdur. Çünki İran faktorundan qaçmaq olmaz. İran aralığı qarışdırır. Rusiya İranı da zərərsizləşdirəcək. Rusiya İranda seçkilərdə də istədiyini edəcək. Qoymayacaqlar qərbyönümlü farslar hakimiyyətə gəlsin. Azərbaycanlı, türk şəxsin İranda prezident olmaq ehtimalı 100/80- faizdir. Rusiya mətbuatında gedən fikirlər bunu söyləməyə əsas verir ki, farslar həm erməniləri qızışdırır, həm də Rusiyanı satıblar. Overçuk elə- belə danışmır, Ermənistanı hədələmir. Çünki Ermənistan hansısa Yaxın və Orta Şərq ölkələrinin əli ilə Rusiyanın maraqlarını ABŞ və İsrailə satıb. Pərdəarxası belə məsələlər var. Rusiya təkcə Ermənistanı deyil, həmçinin İranı da hədələyir. Gərək İran da zərərsizləşdirilə ki, Ermənistana təsir azala. Rusiya ordusu Ermənistandan çıxmıyacaq. Çünki 2040- cı ilədək Ermənistan bunu sənədləşmədə təsdiqləyib. Ermənistan üçün xoş bir sey yoxdur. Ən pis günləri başlayır. Bu mənada Ermənistan da çalışır ki, təcili Azərbaycanla sülh müqaviləsi imzalasın. Əgər bu bir ay ərzində həll olunmasa, Rusiya Ermənistanda nələrsə edəcək. Artıq sülh müqaviləsi olmadığına görə Ermənistan hər hansı addım atsa, Azərbaycan adekvat addım atmaq məcburiyyətində qalacaq. Çünki sülh müqaviləsi yoxdur. Ərazi bütölüyü tanınmırsa, Azərbaycanın vaxtilə Erməsnitana verilmiş qeyri- qanuni verilmiş torpaqlarını geri almaq hüququ onda qalır. Bunu bizim əlimizdən kimsə almayıb. İnzibati sərhədləri nə olsun ki, BMT tanıyıb?! BMT- nin tanımağına nə verirlər ki?! BMT- ni beynəlxalq qurum kimi sayan da yoxdur. Rusiyanın görünür Ermənistanın aqibəti ilə bağlı hazırlığı çox yüksək səviyyədədir. Rusiya eyni zamanda həm Erməsnitan məsələsini həll edəcək, həm Gürcüstanı bloklayacaq, həm İranda vəziyyəti dəyişəcək. Bir əməliyyatla Rusiya özünün cənub təhlükəsizliyini tamam təmin edəcək”.
Şəlalə Babayeva
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта