Dünyanın ən böyük kənd təsərrüfatı treyderlərindən birinin fikrincə, geosiyasi gərginliklər və iqlim dəyişikliyi ölkələri tədarükün azalması səbəbindən münaqişəyə sövq etdiyi üçün dünya “qida müharibələri” ilə üz-üzədir.
Bunu Sinqapurun "Olam Agri" şirkətinin icraçı direktoru Sunny Verghese deyib. "Biz neft üstündə çoxlu müharibələr aparmışıq. Yemək və su uğrunda daha çox müharibə aparacağıq", deyə icraçı direktor bildirib.
Ülviyyə, Hurriyyet.az