RU

Ermənistandan sülh və Zəngəzur mesajı: “Bir aya...”

Ermənistan tezliklə sülh müqaviləsini imzalamağa hazırdır, bu yaxınlarda onu bir ay ərzində imzalamağı təklif etmişik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Fikrimizcə, Tavuşda demarkasiya prosesi daha çox sabitlik gətirir, amma tam sabitlik üçün sülh müqaviləsi lazımdır. Heç bir gərginliyin olmayacağına tam əmin olmaq üçün sülh olmalıdır, əsas zəmanət budur”, - katib bildirib.

Qriqoryan məlumat verdi ki, indi Tavuş istiqamətində sərhəd müəyyənləşib, başqa yerlərdə də mümkündür: “Yəni, bu, qisməndir, birdən-birə bütün sərhədi demarkasiya etmək mümkün deyil”.

Delimitasiya və demarkasiyanın növbəti mərhələsinin Zəngəzur istiqamətində olub-olmayacağı ilə bağlı suala Qriqoryan bildirib ki, hələlik Azərbaycanla bununla bağlı razılaşma yoxdur.

Azərbaycanda həbsdə olan separatçı-terrorçuların İrəvana mümkün təhvil verilməsi barədə suala cavabında şura rəhbəri qeyd edib ki, bunu sülh müqaviləsinin imzalanması məsələsi ilə əlaqələndirmək düzgün deyil. Qriqoryan hesab edir ki, sülh müqaviləsi imzalansa, qalan məsələlər də həllini tapacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
275
teleqraf.com

1Источники