RU

"Neftçi"dən yenilik

"Neftçi" futbol klubunun loqosu yenilənib.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçisinin mətbuat xidməti bu barədə paylaşım edib.

Paylaşımda tarixi kökləri sadiqlik nümayiş etdirildiyi bildirilib: “İlk emblemimizdən ilhamlanaraq yaradılan və dövrün tələblərinə uyğun müasirləşdirilən yeni loqomuzu sizə təqdim etməkdən qürur duyuruq! Ənənəvi ağ-qara fonda hazırladığımız loqoda ilk emblemimizin konturlarından, klubun adının baş hərfi olan “N” hərfi və neft buruqlarından istifadə etdik. Bununla da klubun köklərinə və dəyərlərinə sadiqlik nümayiş etdirdik.

Klub “İllərin “Neftçi”si, Gələcək nəsillərin “Neftçi”si!” şüarı ilə yola çıxıb: “Bu məsuliyyətli, eyni zamanda tarixi prosesdə futbol sahəsindəki məşhur və yaddaqalan imic dəyişikliyi hallarını öyrəndik, bu istiqamətdə ixtisaslaşmış dizaynerlərin işlərini nəzərdən keçirdik. Eləcə də "Neftçi"nin "xalqın komandası" adlandırıldığını və Azərbaycanın ən köklü klubu olduğunu unutmadıq. Təsadüfi deyil ki, yeni sloqanımız da bu iki amili özündə birləşdirir: İllərin “Neftçi”si, Gələcək nəsillərin “Neftçi”si!”

İdman.biz

Избранный
171
7
idman.biz

7Источники