Paytaxtın Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, hadisə metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında qeydə alınıb.
Hadisə ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xudmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əlavə məlumat veriləcəkdir.