54 yaşlı aktyor Metyu Perrinin ölümündə bir neçə nəfər şübhəli bilinir.
Sfera.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. Verilən məlumata görə, aktyorun ölümü ilə bağlı istintaq başa çatmaq üzrədir. Hüquq-mühafizə orqanları hesab edirlər ki, bir neçə nəfərə ittiham irəli sürüləcək.
2023-cü ilin oktyabrında hovuzda ölü tapılan Perrinin ölümündən təxminən 7 ay sonra federal və yerli araşdırmalara başlanılıb. Aktyorun ölümünə ketaminin səbəb olduğu müəyyənləşdirilib.
Toksikoloji test aktyorun isti suda boğulmasına kəskin ketaminə məruz qalmasının səbəb olduğunu göstərib. Aktyora yaxın mənbələr onun depressiya və stresso müalicə etmək üçün ketamin infuziya terapiyası aldığını bildiriblər.
Lakin onun son infuziya terapiyası ölümündən bir həftə yarım əvvəl olub. Dekabr ayında açıqlanan yarılma nəticələri qanında ketaminin miqdarının əməliyyat zamanı ümumi anesteziya üçün istifadə olunan diapazonda olduğunu göstərib. Bu da ölümün əsas səbəbi kimi qeyd edilib.
Hazırda səlahiyyətlilər dərmanı tədarük etmiş ola biləcək şəxsi axtarır. Səlahiyyətlilər araşdırmanın ketamin satıcısı Perrinin istintaqını izləməyə kömək edə biləcəyinə inanırlar. Lakin hələlik heç kim saxlanılmayıb.
Aynil