Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Lexus" markalı minik avtomobili "VAZ-2106" markalı minik maşını ilə toqquşub.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Yaralı rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.