Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb .
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.11 ABŞ dolları, yaxud da 1.25% azalaraq 87.17 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 1.51 ABŞ dolları və ya 1.74% azalaraq 85.27 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.