RU

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Almaniyada təşkil olunan futbol üzrə XVII Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Vətəninfo.az xəbər verir ki, F qrupunun oyunlarından sonra 1/8 finalın bütün cütlükləri bəlli olub.

1/8 final mərhələsi

Almaniya – Danimarka

Fransa – Belçika

İsveçrə – İtaliya

İspaniya – Gürcüstan

Portuqaliya – Sloveniya

Rumıniya – Niderland

Avstriya – Türkiyə

İngiltərə – Slovakiya

1/8 final mərhələsinin oyunlarına iyunun 29-da start veriləcək.

Xatırladaq ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.

Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Portuqaliya qrupu (6 xal) lider olarq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncüləridən biri kimi növbəti mərhələyə adlayıb.

Избранный
35
2
veteninfo.az

3Источники