Ukrayna hərbçilərinin Amerikanın ATACMS raketlərindən istifadə etdiyi hücumdan sonra Sevastopolda 42 nəfər xəstəxanada qalıb.
Doğru.az xəbər verir ki, bu məlumatı qubernator Mixail Razvojaev açıqlayıb.
“Sevastopol xəstəxanalarında 42 xəstə, o cümlədən 11 uşaq qalır”, – o, Telegram kanalında yazıb.
Bundan əvvəl Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev BMT baş katibinin müavini Jan-Pier Lakroa ilə görüşündə iyunun 23-də Sevastopolda baş verən hücumları dəyərləndirməyə çağırıb.
DOĞRU.AZ