RU

MƏŞHUR İŞ XANIMININ ADINDAN SAXTA PROFİL AÇILARAQ DƏLƏDUZLUQ EDİLİB - EHTİYATLI OLUN!

İş xanımı Ruhi Əliyevaya qarşı növbəti dəfə dələduzluq edilib.

TEZADLAR.AZ xəbər verir ki, onun adından saxta profil açılıb və insanlardan pul istənilib. 

"Adıma açılan, oyun keçirilən, sizdən şəxsi kart məlumatlarınızı istəyən heç bir səhifəyə inanmayın, etibar etməyin. Heç bir sosial şəbəkə hesabında bu tip oyun keçirtmirəm" - deyə, R.Əliyeva paylaşımında yazıb. 

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə iş xanımının adından saxta profillər açılıb və pul istənilib.

Xatırladaq ki, son vaxtlar, bir çox şəxs bu tip dələduzluğun qurbanı olur. Dələduzlar ayrı-ayrı şəxslərin adından saxta profillər açaraq profil sahibinin tanışlarından, dostlarından müxtəlif məlumatlar, yaxud pul istəYir. Daxili İşlər Nazirliyi bu barədə əhaliyə dəfələrlə xəbərdarlıq edib - sosial şəbəkədə şəxsi məlumatlarını, kart nömrələrini verməməyi, göndərilən hansısa bildirişə keçid etməməyi təşfiq edir. Lakin çox təəssüf ki, hər gün kiberdələduzların qurbanı olan şəxslərin sayı artmaqdadır. 

 

JASMİN

Избранный
358
tezadlar.az

1Источники