Almaniyanın Ştutqart şəhərində futbol üzrə Avropa çempionatının Çexiya - Türkiyə matçının yayımı zamanı bir nəfər fan-zonada bıçaqla azarkeşlərə hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə “Stern” məlumat yayıb
Mənbənin sözlərinə görə, hadisə Şlossplatz meydanında baş verib. Davaya səbəb mübahisə olub. Hadisə nəticəsində ikisi ağır olmaqla 3 nəfər xəsarət alıb. 25 yaşlı şübhəlinin saxlanıldığı, zərərçəkənlərin isə xəstəxanalara aparıldığı qeyd edilir.
Bundan əvvəl Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Danimarka yığması ilə oyunu öncəsi Serbiya millisinin azarkeşləri polislə toqquşmuşdu. Qarşıdurma Münhendə baş verib.
BAKU.WS