RU

İş adamı Elxan Bəşirov Oksford Akademik Birliyinin fəxri professoru seçilib

“Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri, Texnika elmləri üzrə fəlsəfə doktoru Elxan Bəşirov Böyük Britaniyanın Oksford Akademik Birliyinin (Honorary Professor of the Academic Union, Oxford, UK) Fəxri professoru adına layiq görülüb. 

Oksford Akademik Birliyinin bu titulu cəmiyyətin sosial tərəqqisinə, iqtisadiyyatın inkişafına töhfə verən şəxslərə hörmət və minnətdarlıq əlaməti olaraq verilir. 

Dünya miqyasında bu fəxri ada müxtəlif illərdə tanınmış şəxsiyyətlər layiq görülmüşdür.      

Oksford Akademik Birliyi müxtəlif ölkələr üzrə 350-dən çox universitet rektoru, alim və tədqiqatçıdan ibarət beynəlxalq qurumdur. Birliyin əsas məqsədi innovasiyaları həyata keçirən ictimai liderləri müəyyən edərək, elm, təhsil və biznesin inteqrasiyası və inkişafı üzrə səylərin birləşdirilməsindən ibarətdir. 

Xatırladaq ki, Elxan Bəşirov bundan əvvəl Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən İqtisadiyyat və Biznes kateqoriyasında  İnnovasiyaların  yaradılması və tətbiqi üzrə Beynəlxalq Sokrat Mükafatına (Socrates İnternational Award) da layiq      görülmüşdür.

Mətanət A Elxan Bəşirov Oksford fəxri professor
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
1
marja.az

2Источники