RU

Bu nişanla hərəkət edən sürücülər başqa yerə gedib çıxırlar - ŞİKAYƏT - VİDEO

Bakıda məlumatverici lövhənin olmaması sürücüləri çaşdırır. Bu barədə bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Ziya Bünyadov prospektinin çıxışından gedir. Belə ki, şəhər istiqamətində sol hərəkət hissəsi ilə gedən sürücülər dirəkdə quraşdırılmış nişanın üzərində göstərilmiş istiqamət üzrə hərəkət edən zaman səhv ünvana gedib çıxırlar. Məlumatverici nişanın üzərində göstərilib ki, düzünə Qələbə dairəsi, sağa isə 3-cü mikrorayon və 20 Yanvar dairəsidir. Sol hərəkət hissəsilə gedən sürücülər bu nişanda göstərilmiş istiqamətlər üzrə hərəkət etdikləri üçün yanlış ünvana gedib çıxırlar. Bunun səbəbi isə həmin nişanın sağ hərəkət hissəsi ilə gedən sürücülərə aid olmasıdır.

Avtosfer.az-ın araşdırmasına görə, əvvəllər sol hərəkət hissəsi üçün də məlumatverici nişan olub. Lakin sonradan nişan müəyyən səbəblərə görə oradan düşüb. Videogörüntüdən də aydın şəkildə görünür ki, həmin nişanın yeri boş qalıb.

Ümid edirik ki, aidiyyəti qurumlar sürücüləri çaşdıran bu məsələnin həlli istiqamətində addımlar atacaq.

 

 

Könül

Избранный
230
avtosfer.az

1Источники