RU

Aİ ilə Ukrayna arasında təhlükəsizlik zəmanətləri haqqında saziş imzalandı- DETALLAR

Avropa İttifaqı və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş bağlayıb.

Azpost.info xəbər verir ki, sənədi bu məqsədlə Brüsselə gələn Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.

Saziş Avropanın paytaxtında keçirilən ikigünlük Aİ sammiti çərçivəsində imzalanıb. Onun gündəliyinə Ukrayna münaqişəsi və bununla bağlı bütün məsələlər daxildir.

“Reuters”in daha əvvəl sənəd layihəsinə istinadən verdiyi xəbərə görə, Aİ ilə Ukrayna arasında Ukraynaya qarşı yeni təcavüz baş verəcəyi təqdirdə təhlükəsizlik sazişi Kiyev və Brüsselin 24 saat ərzində təcili məsləhətləşmələr keçirməsini nəzərdə tutur.

Razılaşma həmçinin Kiyevə silah təchizatı, hərbi təlim, müdafiə sənayesində əməkdaşlıq və minaların təmizlənməsi daxil olmaqla 9 sahədə hərbi yardımı əhatə edir. Bu proqramlar üçün konkret büdcə hələ müəyyən edilməyib. Saziş 10 il müddətinə bağlanıb.

Azpost.info

 

Избранный
95
1
azpost.info

2Источники