Son aylarda bir sirr üzə çıxıb: Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun 30 yaşına qədər kişi olub, sonra cinsiyyətinin dəyişməsi.
Turkustan.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, bu faktı ortaya çıxaran “Faits et Documents” qəzetinin jurnalistləri Nataşa Rey, Amandine Roy və amerikalı Kendis Ouens əllərində bunu sübut edəcək sənəd və fotoların olduğunu bidlirirlər:
“Maraqlıdır ki, “Paris İslah Tribunal”da bu faktı yazan fransız jurnalistlər hüquqi məsuliyyətə cəlb edilməyib. “Le Parisien” qəzeti yazıb ki, məhkəmə Fransa prezidentinin xanımının iddiasını təmin etməyib. İndi isə daha ətraflı:
2024-cü il. Fransa Prezidenti Emmanuel Makronun 46 yaşı, arvadı Bricitin 70 yaşı var. Necə olur ki, Paris Universitetinin gənc tələbəsi özündən 24 yaş böyük qadına vurulur?
Fransa rəsmi məlumatında buna belə aydınlıq verilir: “Bricit Emmanuel Makronla 1992-ci ilin sentyabrında tanış olub. O, 39 yaşında, evli, üç uşaq anası və Amiensdəki Fransız Katolik Məktəbində müəllim idi. Makronun 15 yaşı var idi və onun qızlarından biri olan Lorans ilə eyni sinifdə oxuyurdu. 1994-cü ildə onların arasında sevgi yarandığını görən Emmanuelin atası, nevrologiya üzrə professor Jan-Mişel Makron Bricitin oğlu ilə ünsiyyətinə qadağa qoyub. Emmanuelin 17 yaşı tamam olanda valideynləri onu Parisə, IV Henrix adına gimnaziyaya oxumağa göndəriblər. O vaxtdan Makronla Bricit yalnız məktublaşa biliblər. Lakin bütün bu qadağalara baxmayaraq, 20 oktyabr 2007-ci ildə Emmanuel Makronla evlənib”.
Bəs həqiqət hardadır?
Onun atası Jan Tronyö və anası Simonadır. O, 13 aprel 1953-cü ildə Amyen şəhərində anadan olub. Bricit Makron əslində Con Mişel və ya digər mənbəyə görə Jan Mişel adı ilə doğulub. 30 yaşına kimi kişi olub. Bricit adını uşaq ikən ölmüş bacısından götürüb. İddialara görə, bacısının ölümü Əlcəzairə təhsil almağa gedən Jan Mişelə çox təsir edib. Orada o, Məxfi Xidmət agenti Jan-Luis Ozierin təsiri altına düşüb. Burda onun komandanlığı ilə çoxsaylı xəfiyyə əməliyyatlarında iştirak edib.
1984-cü ildə Jan Mişel öz adına saxta sənədlər alaraq Bricit kimi reinkarnasiya olunub. Fransada məxfi xəstəxanaların birində cinsiyyətini dəyişən bu “qadının” missiyası perspektivli yeniyetmələri müəyyən etmək və onlara təsir etmək üçün elit fransız məktəblərinə sızmaq idi.
Bricit Emmanuel Makronla tanış olanda bankir “Andre-Luis Ozierlə” evli idi və bu evlilikdən üç uşağı olub guya - Tiffani, Laurens və Sebastian. Bununla belə, Ozierin uydurma bir fiqur olduğu versiya var - 32 illik evliliyindən sonra onun haqqında demək olar ki, heç bir məlumat qorunmayıb. Və 2020-ci ilin payızında media Bricitin keçmiş ərinin öldüyünü və gizli şəkildə dəfn edildiyini bildirir.
Bu bir daha göstərir ki, əslində Bricit əvvəl məxfi xidmət agenti olan kişi idi və gələcəkdə Fransada yüksək vəzifə tutması ehtimal edilən elit ailələrin içərisinə sızdırılıb və qurbanı da Emmanuel Makron olub. Bunu Avropanın kral ailələri və xüsusi xidmət orqanları bilir. Məsəl üçün, İngiltərə kralı III Çarlz hər zaman başqa dövlətlərin başçıları ilə görüşərkən, etiketə uyğun olaraq birinci xanımların əllərini öpür, lakin Bricit Makron məsələsində onun əlini ancaq sıxır.
“İnsayder” dərgisi də Fransanın birinci xanımının kişi olması ilə bağlı iddianı təsdiqləyib. Bu bir daha sübut edir ki, Fransanın son illərdə dünyada LGBT-ni dəstəkləmək siyasətinin arxasında 30 il kişi, 40 ildir də qadın olan Jan Mişel - Bricit Makron durur. Dünyaya əxlaq və mədəniyyət nümunəsi kimi özünü göstərən Fransa özü əxlaqsız bir sistemlə idarə edilir”./Kult.az/