RU

Azərbaycan neftinin qiyməti 90 dollara qalxıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.83 ABŞ dolları, yaxud da 2.1% artaraq 89.00 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin qiyməti 1.99 ABŞ dolları və ya 2.33% artaraq 87.26 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Избранный
129
14
valyuta.az

10Источники