Amerika Kubokunda 2-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, C qrupunda Panama yığması ABŞ ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. "Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində 90 dəqiqə meydanda olub.
Qrupun digər matçında Uruqvay millisi Boliviyanı 5 cavabsız qolla üstələyib.
Qeyd edək ki, qrupda 6 xalı olan Uruqvay yığması 1/4 finala vəsiqəni təmin edib.