RU

SOCAR-ın uzunmüddətli borcları ötən ilin sonuna 12.13 mlrd. manata yüksəlib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR)  uzunmüddətli borc öhdəliklərinin həcmi 2023-cü ildə 12 milyard 127 milyon manat ekvivalentinə (və ya 12,127 mln. manat) yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə konsolidasiya audit hesabatında bildirilir.

Bu 2022-ci ilin sonunda 11 milyard 134 milyon manat idi.

Beləliklə, ötən il 993 milyon manat və ya 9% artımıdır.

ABŞ dolları ilə uzunmüddətli vəsaitlər 2023-cü ildə 9,763 milyon manatdan 10,905 milyon manata yüksəlib. ABŞ dollarındakı borclarının son ödəniş tarixi 2031-ci ildir.

Bununla belə, Avrozonanın vahid pulu olan avroda da borclar qalmaqdadır. Ötən ilin əvvəlində 1,124 mln. manat ekvivalentində olan borc öhdəliyi 1,068 mln. manata düşüb. Bu borcların son ödəniş tarixi 2027-ci ildir.

Cari ildə SOCAR bir sıra yerli və beynəlxalq banklar qarşısında 3,976 manat məbləğində qalıq borc öhdəliklərini ödəyib. Bu məbləğə 80 mln. manat məbləğində istiqraz ödənişləri daxildir.

2024-cü ildə sonra SOCAR maliyyə təşkilatlarından 2,529 mln. manat məbləğində yeni uzunmüddətli və qısamüddətli kreditlər əldə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
50
banker.az

10Источники