RU

İncil ABŞ məktəblərində tədris olunacaq

Bakı. TurkicWorld:

ABŞ-ın Oklahoma ştatındakı bütün dövlət məktəblərinin tədris proqramına İncil və On Əmrin daxil edilməsi əmri verilib.

TurkicWorld xəbər verir ki, ABŞ-da Oklahoma ştatının Təhsil Şurasının sədri Ryan Walters ştatın dövlət məktəblərinə bu barədə təlimatlar göndərib. Walters əyalətdəki hər sinifdə İncil olması lazım olduğunu və bütün müəllimlərin sinifdə İncildən dərs keçməli olduğunu bildirərək, bu kitabın “Konstitusiya və ölkənin qurulması üçün istifadə edilən ən əsas sənədlərdən biri olduğunu” ifadə edib.

“İncil əvəzolunmaz tarixi və mədəni məhək daşıdır” deyən Walters, Oklahoma akademik standartlarına görə İncilin ölkənin keçmişini və Qərb sivilizasiyasını tam başa düşmək üçün zəruri tarixi sənəd olduğunu iddia edib.

Walters, Oklahoma tələbələrinin İncildən xəbəri olmadan millətin təməlini düzgün qavraya bilməyəcəklərini qeyd edərək “Bu, yalnız bir təhsil təlimatı deyil, həm də tələbələrimizin bizim ölkəmizin əsas dəyərlərini və tarixi kontekstini dərk etmələrini təmin etmək üçün vacib bir addımdır..” bildirib.

Qeyd edək ki, Luiziana qubernatoru Jeff Landry 19 iyunda qəbul edilən qanuna əsasən, ştatın dövlət məktəblərinin sinif otaqlarında On Əmr yazılmış plakatların asılmasını tələb edən qanunu imzalayıb və həyata keçirib.

Digər tərəfdən, Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) başda olmaqla bəzi təşkilatlar bu qanunun uşaqların bərabər təhsil almasına mane olduğunu və fərqli inanclı şagirdlərin məktəblərdə özlərini təhlükəsiz mühitdə hiss etməmələrinə səbəb olacağını ifadə edərək, bu qanunla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Onu da bildirək ki, On əmr, Sina dağında Musa peyğəmbərə verilən ilk ilahi əmrlər kimi tanınır və Əhdi-Ətiq çərçivəsində İncilin bir hissəsi hesab olunurlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
turkic.world

1Источники