Bir neçə gün əvvəl orta ümumtəhsil məktəblərdə çalışan müəllimlərin sertifikasiyasında açıqlanan nəticələr müzakirələrə səbəb olub.Belə ki, həmin nəticələrdə bir sıra rayonlarda, xüsusilə Astara rayonunda orta məktəb müəllimləri biabırçı nəticə göstərib.Dia-az.İnfo xəbər verir ki, ölkənin Elm və təhsil naziri Emin Əmrullayev bu barədə danışıb: “Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Həmin rayon üzrə zəif nəticə çoxdur”.–Bu arada Astara təhsil şöbəsinin adının çəkilməsini istəməyən işçilərindən biri Gununsesi.info-ya maraqlı məlumat verib.Onun sözlərinə görə, rayonunda çalışan hər 10 müəllimdən 7-si kollec məzunudur.“Bir neçə il əvvəl kolleclərə qəbul 2-3 min manata başa gəlirdi. İmtahanlarda uğur qazana bilməyən abituriyentlər rüşvətlə həmin kolleclərdə oxuyub” deyə əlavə o, edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта