Milli Məclis Azərbaycanla Qırğızıstan arasında imzalanmış daha iki sənədi ratifikasiya edib.
Mia.az xəbər verir ki, parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.